25 
Fev
2022
17:16
378

Kreml sözçüsü: "İcazəsiz etiraz edənlərə ağır cərimələr, hətta bəzi hallarda həbs cəzası da verilə bilər"

Rusiya hökuməti bildirib ki, Ukraynanın işğalına qarşı çıxan insanların “əvvəlcədən icazə almadan etiraz aksiyaları təşkil etmək hüququ yoxdur”.

lnterPress.ge xəbər verir ki,  bu barədə  Kremlin sözçüsü Dmitri Peskov deyib.

"Qanuna görə, müvafiq prosedurlara uyğun olaraq, bu vətəndaşların öz fikirlərini bildirmək məqsədi ilə etiraz aksiyaları təşkil etmək hüququ yoxdur", - deyə Peskov bildirib.

CNN-in məlumatına görə, Rusiyanın 40 şəhərində keçirilən etiraz aksiyaları zamanı 700-dən çox insan saxlanılıb.

Rusiya qanunlarına görə, böyük nümayişlər üçün etirazçılar icazə almaq məqsədi ilə müvafiq quruma müraciət etməlidirlər. İcazə tədbirdən ən tezi 15 gün əvvəl, lakin 10 gündən gec olmayaraq təqdim edilməlidir. İcazəsiz etiraz edənlərə ağır cərimələr, hətta bəzi hallarda həbs cəzası da verilə bilər.

Bizimlə əlaqə saxlayın