03 
Fev
2022
16:11
827

EMC təşkilatının sədri Marneulinin Ədliyyə Evində baş verənlərə münasibət bildirdi

"Bu problem bizim üçün yeni deyil. Biz illərdir bu mövzudan danışırıq. Dövlət qurumları həmçinin özünüidarə orqanları etnik azlıqların sıx məskunlaşdığı  regionlarda yerli orqanların və bələdiyyələrin dil tərcümə resursları olmaması vətəndaşlarımıza xidmət göstərilməsində mahiyyətcə təsir edir”.

InterPress.ge xəbər verir ki, bu sözləri Marneulinin Ədliyyə Evində baş verən hadisəyə münasibət bildirərkən İnsan Hüquqlarının Öyrənilməsi və Monitorinq Mərkəzinin sədri  Tamta Mikeladze deyib. 

O, InterPress.ge-yə müsahibəsi zamanı bu məsələnin çox ciddi problem olduğunu və bunun vətəndaşlara xidmət göstərilməsi prosesinə xələl gətirdiyini qeyd edib.

“Xüsusi ilə ədliyyə evləri vətəndaşların əsas xidmət aldıqları qurumdur və biz aydın görürük ki, onların etnik azlıqlar üçün nəzərdə tutulan tərcümə xidmətləri yoxdur. Onların yalnız xaricilər üçün rus və ingilis dili xidmətləri var. Ədliyyə evinə azərbaycanlı bir şəxs getdikdə isə onlar xaricilər üçün nəzərdə tutulan dil servislərləri ilə xidmət edirlər. Daha çox rus dilində danışırlar, ancaq etnik azlıqlar üçün tərcümə xidməti nəzərdə tutulmayıb. Biz bu problemlə Gavaxeti və Marneulidə daha çox rastlaşırıq. Əsasən Ədliyyə Evlərində işləyən etnik azlıqlar azərbaycanlı  və ya erməni dilində xidmət göstərməyə çəkinirlər. Əlbəttə ki, bu çox ciddi problemdir çünki bu, vətəndaşlara xidmət göstərilməsi prosesinə, həmçinin  dövlətlə etimada əsaslanan münasibətlərə də xələl gətirir".- deyə Tamta Mikeladze qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər