06 
Avq
2026
12:02
57

Yetkinlik yaşına çatmayanın pornoqrafik təsvirlərinin yayılması şübhəsi ilə yeniyetmə saxlanılıb

Hüquq-mühafizə orqanlarının əməkdaşları bilərəkdən yetkinlik yaşına çatmayanın pornoqrafik məzmunlu təsvirlərini əldə etmə, saxlama, sahib olma və yayma ittihamı ilə yeniyetməni saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi yayıb.

Nazirliyin məlumatına görə, təqsirləndirilən şəxs sosial şəbəkə istifadəçilərinin açıq profillərindən müxtəlif şəxslərin, o cümlədən yeniyetmələrin fotoşəkillərini yükləyib. O, proqram təminatından istifadə edərək həmin fotolara montaj edib, yetkinlik yaşına çatmayanın pornoqrafik məzmunlu təsviri görkəmi verib və təhqiramiz mətnlərlə birlikdə sosial şəbəkələrdən birində yayıb.

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları keçirilmiş kompleks istintaq tədbirləri nəticəsində şübhəli şəxsi Tbilisidə saxlayıblar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 255-ci maddəsinin 3-cü və 4-cü hissələri ilə istintaq aparılır ki, bu da 15 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər