20 
Sen
2026
11:47
87

112-yə zənglərdə texniki problem yaranıb – alternativ nömrələr açıqlanıb

Gürcüstanda texniki nasazlıq səbəbindən 112 Təcili Yardım Xidmətinə daxil olan zənglərdə fasilələr yaranıb. Vətəndaşların təcili yardım tələb olunan hallarda zəng edə biləcəyi alternativ telefon nömrələri açıqlanıb.

InterPress.ge xəbər verir ki, bu barədə İctimai Təhlükəsizliyin İdarə Edilməsi Mərkəzi məlumat yayıb.

Qurumun məlumatına görə, texniki qrup problemin aradan qaldırılması üçün intensiv şəkildə çalışır və nasazlığın qısa müddətdə aradan qaldırılması gözlənilir.

“Əgər təcili yardıma ehtiyacınız varsa və 112 ilə əlaqə saxlaya bilmirsinizsə, aşağıdakı alternativ nömrələrə zəng edin:

591 544 375; 591 946 870; 591 946 840; 591 544 384; 577 011 174; 598 087 761; 599 842 206; 577 011 241.

Texniki qrup problemin aradan qaldırılması üçün intensiv şəkildə çalışır və qeyd olunan nasazlıq ən qısa müddətdə düzəldiləcək.

Yaranmış vəziyyətə görə üzr istəyirik”, – deyə məlumatda bildirilib.

Bizimlə əlaqə saxlayın