19 
Sen
2026
15:58
30

“Milli Hərəkat” fəalı axondroplaziyalı uşaqlarla bağlı: Görəsən o cırtdan uşaqlar nəhayət böyüyüblərmi?

“Milli Hərəkat” fəalı Darina Mikeladze axondroplaziya diaqnozu qoyulmuş uşaqlarla bağlı sosial şəbəkədə paylaşım edib və onları “cırtdan uşaqlar” adlandırıb.

InterPress.ge xəbər verir ki, Mikeladze dövlət tərəfindən maliyyələşdirilən müalicədən sonra uşaqların “böyüyüb-böyümədiyi” ilə maraqlandığını bildirib və bu fonda bacısı oğlunun məktəbinin olmadığını qeyd edib.

“Mən maraqlanıram, o cırtdan uşaqlar sonda böyüdülərmi? Onları bu qədər milyonlarla maliyyələşdiririk. Bu zaman bacım oğlunun məktəbi yoxdur”, – deyə müxalifət fəalı yazıb.

Məlumat üçün bildirək ki, 2023-cü ildə dövlət axondroplaziyanı nadir xəstəliklər siyahısına daxil edib və xəstələrə əlillik statusu müəyyənləşdirib.

Bundan sonra Səhiyyə Nazirliyi axondroplaziyanın idarə olunması üzrə milli protokol hazırlayıb. Müalicə vasitələrindən biri kimi tam dövlət tərəfindən maliyyələşdirilən “vosoritid” preparatı müəyyən edilib.

Bizimlə əlaqə saxlayın