02 
Fev
2020
21:33
713

Gürcüstandan sərnişin daşınmaları ilə bağlı hesabat

Gürcüstan ərazisi ilə ötən il yükdaşımaların həcmi 2018-ci illə müqayisədə 3 faiz, sərnişin daşınmalarının həcmi isə 2,7 faiz artıb.

İnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, 2019-cu ildə ölkə ərazisindən 42,3 milyon ton yük daşınıb. Bu da 2018-ci illər müqayisədə 1,2 milyon ton və ya 3 faiz çoxdur. Keçən il dəmiryolu daşımaları 0,3 milyon ton artaraq 31,4 milyon ton təşkil edib. Avtomobil yolları ilə daşınmaların həcmi isə 24,9 milyon ton olub. Bu rəqəm 2018-ci ildə 25,5 milyon ton təşkil edib.

Hesabat dövründə Gürcüstanda nəqliyyat vasitələri ilə 412,2 milyon sərnişinə xidmət göstərilib. Bu, 2018-ci illə müqayisədə 11 milyon nəfər çoxdur. Sərnişin daşımaların 404 milyon nəfəri avtomobil yollarının, 5,2 milyon nəfəri mülki aviasiya xidmətinin, 3 milyon nəfəri isə dəmir yolunun payına düşüb.

Bizimlə əlaqə saxlayın