27 
Iyn
2026
11:34
80

Tbilisi hava limanında 3 xarici vətəndaş saxlanılıb – Gürcüstan sərhədini qanunsuz keçməyə cəhd ediblər

Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin Sərhəd İdarəetməsi və Koordinasiyası Baş İdarəsinin əməkdaşları dövlət sərhədini qanunsuz keçməyə cəhddə ittiham olunan Küveytin iki və İranın bir vətəndaşını müxtəlif vaxtlarda saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları xarici ölkə vətəndaşlarını Tbilisi Beynəlxalq Hava Limanında, Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərdikləri zaman saxlayıblar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-344-cü və 362-ci maddələri ilə istintaq aparılır.

Bu maddələr təqsirləndirilən şəxslər üçün 5 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər