1 USD =
3.0967 GEL
1 EUR =
3.4993 GEL
1 TRY =
0.2247 GEL
100 RUB =
4.1955 GEL
1 AZN =
1.8215 GEL
05 
Nybr
2021
09:34
511

Amerikalı alim dağıdıcı fəlakətin yaxınlaşması barədə xəbərdarlıq edib

Yerdəki qlobal istiləşmə təbiətdəki su dövriyyəsinə ciddi ziyan vurur və yaxın illərdə dağıdıcı quraqlığa səbəb ola bilər.

InterPress.ge xəbər verir ki, bu barədə amerikalı alim Piter Qleyk bildirib.

O qeyd edib ki, temperaturun yüksəlməsi su ehtiyatlarının istehlakını artırır.

"Çənlərimizdəki maye daha tez buxarlanır. Əkinləri suvarmaq üçün getdikcə daha çox suya ehtiyac var", - mütəxəssis bildirib.

Onun sözlərinə görə, iqlim tsiklinin dəyişməsi ilə bağlı proqnozlar özünü doğrultmağa başlayır, belə ki, bu prosesin təbiətə təsiri artacaq.

Qleyk təəssüflə qeyd edib ki, siyasətçilər əvvəllər çoxdan gözlənilən kataklizmlər barədə xəbərdarlıq edən alimlərə məhəl qoymayıblar.

"Əgər daha əvvəl reaksiya verilsəydi, qlobal istiləşmənin təsirlərini yumşaltmaq mümkün olardı", - Qleyk əlavə edib.

Bizimlə əlaqə saxlayın