Gürcüstanın bəzi bölgələrində hava şəraiti kəskin pisləşəcək
Gürcüstanın bəzi bölgələrində avqustun 25-dən günün ikinci yarısından etibarən hava şəraitinin pisləşəcəyi gözlənilir.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, 25 avqust günün ikinci yarısından 26 avqust gününün sonunadək Sameqrelo-Zemo Svaneti, Raça-Leçxumi və Kvemo Svaneti bölgələrində fasilələrlə yağış yağacağı, bəzi ərazilərdə yağıntının güclü olacağı proqnozlaşdırılır.
Bəzi ərazilərdə şimşək çaxması və küləyin güclənməsi də mümkündür.
Güclü yağıntılar nəticəsində çaylarda suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artması, kiçik çaylarda daşqınların baş verməsi, eləcə də təpəlik və dağlıq ərazilərdə sürüşmə və sel proseslərinin yaranması və aktivləşməsi mümkündür.
Agentlik təhlükə səviyyəsini orta kimi qiymətləndirir.


