08 
May
2020
20:19
735

ABŞ Gürcüstana 27 000 ton yüksək keyfiyyətli buğda verəcək

Gürcüstan ABŞ-dan hədiyyə olaraq 27 000 ton yüksək keyfiyyətli buğda alacaq.

InterPress.ge xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan videomüraciətdə bildirib.

Kelli Deqnanın izahatına görə, Amerika buğdasının çatıdırılması, büdcəsi 14.5 milyon dollar həcmində olan ″Ərzaq İnkişaf Naminə″ proqramı çərçivəsində həyata keçirilir.

Bununla yanaşı, səfirin qeyd etdiyi kimi, ABŞ-ın Kənd Təsərrüfatı Departamenti ət, süd məhsulları və kənd təsərrüfatı sektorunun gücləndirilməsi və qida təhlükəsizliyi standardlarını yaxşılaşdırmaq üçün ümumi dəyəri 400.000 ABŞ dolları olan 18 kiçik qrant müqaviləsi imzalayacaq.

Bundan başqa,Kelli Deqnan videomüraciətdə ABŞ tərəfindən səhiyyə sektoruna yardıma dair də danışıb və bildirib ki, ABŞ-ın Xəstəliklərə Nəzarət üzrə Mərkəzi Gürcüstan üçün Covid 19-a qarşı mübarizəyə dəstək olaraq əlavə 3 milyon dollar miqdarında yardım ayırıb

Həmçinin,səfirin sözlərinə görə,səhiyyə sisteminin rəhbərlərinin,XNM-nin,həkimlərin,Gürcüstan hökumətinin səyləri nəticəsində ,ölkə təhlükəsiz şəkildə adi həyat ritminə qayıdır,lakin bu yol hələ sona qədər gedilməyib.

Bizimlə əlaqə saxlayın