07 
May
2020
15:00
3948

Gürcüstan turistlərə qapılarını açır - Baş nazir tarixi açıqladı

İyunun 15-dən etibarən Gürcüstanda yerli turizm açılacaq, iyulun 1-dən isə ölkə beynəlxalq turistləri qəbul edəcəkdir.

InterPress.ge xəbər verir ki, bu barədə Baş nazir Giorgi Qaxaria İqtisadi Qruplararası Koordinasiya Şurası iclasında məlumat verib.

“Gürcüstan hökumətinin bir planı var və bu plan həyata keçiriləcək. İyunun 15-dən Gürcüstan yerli turizm xidmətləri göstərmək üçün açılacaq və iyulun 1-dən Gürcüstan xarici turistləri qəbul etməyə hazır olacaq. Bunu qonşu ölkələrimizlə quru sərhədlərində etibarlı bir dəhliz yaratmaqla, həm də bizim üçün turizm marağı olan ölkələrdən ikitərəfli danışıqlar baxımından təhlükəsiz dəhlizlər üçün imkanlar yaratmaqla edəcəyik. Artıq bu danışıqlara başlanılıb. Gürcüstan xaricdən qonaqlar qəbul etmək üçün sərhədlərini və turizm infrastrukturunu açan ilk ölkələrdən biri olacaq "dedi Qaxaria.

Bizimlə əlaqə saxlayın