1 USD =
3.14 GEL
1 EUR =
3.6553 GEL
1 TRY =
0.3265 GEL
100 RUB =
4.4764 GEL
1 AZN =
1.8463 GEL
19 
Sen
2021
10:15
1148

Azərbaycanlı "qanuni oğru" saxlanıldı - FOTO

Kriminal dairələrdə "Tolik Noqinski" kimi tanınan azərbaycanlı qanuni oğru Taleh Daqliyev Rusiyanın Stavropol diyarında saxlanılıb.

InterPress.ge xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı “Praym Kraym” yayıb.

Agentliyin məlumatına görə, 37 yaşlı kriminal avtoritet Mineralnıye Vodı kurort bölgəsində üzərində heroin ilə saxlanılıb. Tolik Noqinski barəsində Rusiya Cinayət Məcəlləsinin “narkotik maddələri qanunsuz saxlama” maddəsi ilə cinayət işi başladılıb.

Tolik Noqinski Mineralnıye Vodı bölgəsinə müalicə üçün gəldiyini bildirərək, kriminal aləmdən uzaq olduğunu deyib.

Qeyd edək ki, Noqinski 2015 və 2017-ci illərdə iki dəfə mühakimə olunub. Belə ki, o, 2015-ci ildə qanunsuz silah saxlamada ittiham olunaraq 1 il müddətinə şərti cəza alıb. Bununla yanaşı, Noqinski 2017-ci ildə narkotik maddələr səbəbindən üç il müddətində məhkumluq həyatı yaşayıb.

Bizimlə əlaqə saxlayın