30 
Yan
2020
19:13
940

Azərbaycandan Gürcüstana gələn çinli turistlərdə koronavirus aşkar edilməyib - YENİLƏNİB

Azərbaycandan Gürcüstana səyahət edən çinli turistlərdə koronavirus aşkar edilməyib.

İnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, müayinə zamanı hər iki uşaqda “A” tipli qrip virusu aşkarlanıb.

***

Saat 19:13

Gürcüstanın Kazbeqi rayonunda olan bir qrup çinli turist həkim nəzarətinə götürülüb.

İnterPress.ge xəbər verir ki, 9 nəfərdən ibarət qrup Tbilisidəki xəstəxanalardan birinə çatdırılacaq.

Qrupda olan iki uşaqda yüksək temperatur qeydə alınıb.

Çinli turistlər yanvarın 21-də Çindən Bakıya, yanvarın 25-də isə Bakıdan Gürcüstana gediblər.

Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin elmi rəhbəri Paata İmnadze bildirib ki, həmin şəxslərdə koronavirus ehtimalı istisna olunsa da, onlar tibbi yoxlanışdan keçiriləcəklər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər