12 
Avq
2021
11:40
2559

Dəhşətli cinayət - 45 yaşlı kişi boğazı kəsilərək öldürüldü

Tbilisidə qətil hadisəsi baş verib.

InterPress.ge yerli media istinadən xəbər verir ki, 45 yaşlı Kaspi sakini Qiorqi Basiaşvili soyuq silahla öldürülüb.

Medianın verdiyi məlumata görə, o, Tbilisidəki şirniyyat fabriklərindən birində işləyirdi.

Gənc oğlan mühafizəçi tərəfindən ölümcül yaralandığı iddia olunur. Bildirilir ki, o, əvvəlcə onu çəkiclə başından bir neçə dəfə vurub, daha sonra isə boğazını kəsib.

Cəsəd artıq doğulduğu Kaspi şəhərinə aparılıb. Qətlə yetirilən kişi üç azyaşlı və həyat yoldaşı ilə birlikdə Kaspi şəhərində yaşayırdı.

Daxili İşlər Nazirliyi təqsirləndirilən şəxsin artıq saxlandığını bildirir.

DİN-dən vildirilir ki, cinayət Gürcüstan Cinayət Məcəlləsinin 108 -ci maddəsi ilə araşdırılır. Maddə 7 ildən 15 ilə qədər həbs cəzası nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın