03 
Iyl
2021
20:28
2338

Lotu Qulinin qətlinə görə kriminal aləminin üzvləri saxlanıldı

2 iyun tarixində Türkiyədə Lotu Qulinin qətlinə görə polisin eyni vaxtda dörd bölgədə həyata keçirdiyi əməliyyat zamanı Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyevin adamları saxlanılıb.

InterPress.ge xarici mətbuata istinadən xəbər verir ki, onların hamısının xarici ölkə vətəndaşları olduqları bildirilir.

Polis saxlanılan şübhəlilərin ötən ilin avqustunda Lotu Qulinin öldürülməsinin ardınca cinayətin törədildiyi oteldən necə qaçdıqlarına dair görüntüləri də onların yaxalanmasının görüntüləri ilə birlikdə mətbuata təqdim edib. Namiq Canıyevin yaxalanması üçün əməliyyatın isə davam etdiyi bildirilir.

Türkiyə KİV-ləri xatırladır ki, Lotu Quli 2018-ci ilin avqustunda İstanbulda Rövşən Lənkəranskinin güllələnməsinin sifarişçisi hesab edilirdi.

Bizimlə əlaqə saxlayın