24 
May
2021
16:43
2167

Marneuli və Rustavidə qanunsuz balıq tutmaq faktları aşkar edildi

Ətraf Mühitin Mühafizəsi Departamentinin Kvemo Kartli Regional Bölməsinin əməkdaşları qanunsuz balıq tutmaq faktlarını aşkar ediblər.

InterPress.ge xəbər verir ki, Ətraf Mühitin Mühafizəsi Departamenti bu barədə məlumat yayır.

Məlumata görə, Marneuli Bələdiyyəsinin Beytərəfçi kəndi yaxınlığında, qadağan olunmuş müddətdə vətəndaşlar, qadağan olunmuş vasitələrlə, balıq toru ilə balıq tutublar. Onların 42 kq müxtəlif növ balıq tutduqları müəyyən edilmişdir (Xramuli, Murza, Napota), bunun nəticəsində ətraf mühitə dəyən ziyan miqdarı 2418 GEL təşkil etmişdir.

Qanunsuz balıq tutmaq faktı Rustavi şəhərində, yeni körpü yaxınlığında da aşkarlanıb. Burada insanların qadağan olunmuş vaxtda, qadağan olunmuş vasitələrlə balıq tutduğu müəyyənləşib.

Faktlarda cinayət əməli əlamətləri olduğu üçün materiallar müvafiq quruma göndəriləcək.

Ətraf Mühiti Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitin Nəzarəti Departamentinin əməkdaşları 2021-ci il yanvarın 1-dən 30 aprelədək 123 qanunsuz balıq ovu hadisələrini aşkar ediblər, bunlardan 4 fakt cinayət əməli əlamətlərini ehtiva edir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər