24 
May
2021
12:52
369

Axalkaxati kəndində pensiyaçı qarət edilib

Zuqdidi Bələdiyyəsinin Axalkaxati kəndində təqaüdçü qarət edilib.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Rustavi 2 yayır.

Məlumata görə, qadın evdə tək yaşayırmış və o soyğunçular tərəfindən döyülüb. Yerli sakinlərin "Kuriyer"ə dediyinə görə, qadın 20 saata yaxın bağlı vəziyyətdə olub. 80 lari oğurlanıb. Hazırda ağır vəziyyətdə olan zərərçəkən Zuqdidi Referal Xəstəxanasında müalicə olunur.

Soyğunçuluğu nəzərdə tutan 179-cu maddə ilə istintaq başladılıb. Faktla bağlı hələlik kimsə saxlanılmayıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər