22 
May
2021
11:43
439

Paata İmnadze: "Gürcüstanda koronavirusun yayılmasının pik dövrü keçdi"

"Gürcüstanda koronavirusun yayılmasının pik dövrü keçdi".

InterPress.ge xəbər verir ki, bu barədə Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbər müavini Paata İmnadze məlumat verib.

"Həqiqətən koronavirusun üçüncü dalğasını keçdik", - dedi Paata İmnadze.

Ancaq Paata İmnadzenin Gürcüstanın Birinci Kanalının "Günün mövzusu" verilişində qeyd etdiyinə görə, pik həddi keçmək bizə rahatlamaq üçün imkan vermir və tövsiyələrə düzgün riayət etmək vacibdir.

"Doğrudur, pik həddi keçdik, ancaq unutmamalıyıq ki, gündə koronavirusa 1000 yoluxma halımız var. Gürcüstan hələ yenə də, 100 min əhaliyə düşən xəstəlik sayına görə ölkələr siyahısında ən yüksək iyirmiliyə sahibdir. Belə ki, hələ korona bitdi deyəcəyimiz vəziyyətdə deyilik. Başa düşürəm, istidir, xərici məkanda maska ilə gəzmək çox çətindir, ancaq nə edə bilərik, başqa yol yoxdur. Hamı başa düşməlidir ki, 1000 insanın xəstə olması, buradan on nəfəri ölməsi deməkdir. Bunu unutmamalıyıq", - bildirib Paata İmnadze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər