Baş nazir: "Bu gün İsraildən birbaşa uçuşlar başladı, buna Türkiyədən gündəlik uçuşlara əlavə olunacaq"
“Bu gün yenilənmiş Batumi hava limanını açdıq. Bildiyiniz kimi, "TAV Georgia" şirkəti 17 milyon ABŞ dolları həcmində sərmayə qoyub. Batumidə necə yenilənmiş hava limanımız olduğunu gördünüz. Həmçinin bu gün İsraildən birbaşa uçuşlar başladı, buna Türkiyədən gündəlik uçuşlara əlavə olunacaq və Acarıstan turistəri qəbul etmək üçün hazırdır”.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Batumi Beynəlxalq Hava Limanının yeni terminalının açılışında jurnalistlərə bildirib.
Baş nazirin sözlərinə görə, şirkət tərəfindən geniş miqyaslı investisiyanın pandemiya zamanı qoyulması çox vacibdir.
“Pandemiya dövründə belə bir sərmayə qoymaq çox vacibdir, çox qısa müddətdə, cəmi 6 ayda şirkət qeyd olunan işləri başa çatdırdı. Beləliklə, şirkətə belə vacib bir layihənin həyata keçirdiyinə görə bir daha təşəkkür etmək istəyirəm”, - dedi İrakli Ğaribaşvili.