1 USD = 3.32 GEL 1 1 EUR = 3.964 GEL 1 AZN = 1.951 GEL 1 TRY = 0.442 GEL 1 RUB = 4.452 GEL
07 
Yan
2021
09:37
201

“Milan” ilk məğlubiyyətini “Yuventus”dan aldı - VİDEO

İtaliya A seriyasında XVI turun oyunları keçirilib.

Maraqlıdır ki, turun bütün qarşılaşmaları eyni gündə baş tutub.

Günün mərkəzi oyununda son çempion “Yuventus” lider “Milan”ın qonağı olub. Turin təmsilçisi səfər qələbəsi qazanaraq liderlə xal fərqini azaldıb. Bu matçadək məğlubiyyətsiz irəliləyən meydan sahibləri mövsümdə ilk dəfə uduzub.

Digər Milan təmsilçisi “İnter” “Sampdoriya”ya məğlub olub. İkinci pillədə qərarlaşan “neradzurra” xal qazana bilməsə də, mövqeyini qoruyub.

Üst sıralarda qərarlaşan komandalardan “Atalanta” “Parma”nı darmadağın edib. “Sassuolo” isə “Cenoa”dan güclü olub. “Napoli” gözlənilmədən evdə “Speziya”ya uduzub.

Qeyd edək ki, növbəti turun oyunları yanvarın 9-11-də keçiriləcək.

İtaliya A seriyası

XVI tur

6 yanvar

“Kalyari” – “Benevento” – 1:2

Qollar: Pedro, 20 – Sau, 41, Tuya, 41

“Bolonya” – “Udineze” – 2:2

Qollar: Tomiyasu, 19, Svanberq, 40 – Pereyra, 34, Arslan, 90+4

“Krotone” – “Roma” – 1:3

Qollar: Qolemiç, 71 - Mayoral, 8, 29, Mxitaryan, 35 (pen.)

“Latsio” – “Fiorentina” – 2:1

Qollar: Kaysedo, 6, İmmobile, 75 – Vlahoviç, 88 (pen.)

“Sampdoriya” – “İnter” – 2:1

Qollar: Kandreva, 23 (pen.), Balde, 38 – De Vriy, 65

“Sassuolo” – “Cenoa” – 2:1

Qollar: Boqa, 52, Raspadori, 83 – Şomurodov, 64

“Torino” – “Verona” – 1:1

Qollar: Bremer, 84 – Dimarko, 67

“Atalanta” – “Parma” – 3:0

Qollar: Muriel, 15, Zapata, 49, Qosens, 61

“Napoli” – “Speziya” – 1:2

Qollar: Petanya, 58 – Nzola, 68 (pen.), Pobeqa, 81

“Milan” - “Yuventus” – 1:3

Qollar: Kalabriya, 41 - Kyeza, 18, 62, Makkenni, 76

Bizimlə əlaqə saxlayın