30 
Dek
2020
22:00
1748

Türkiyəyə səfər edən Gürcüstan vətəndaşlarının nəzərinə! Səfirlik müraciət edir

Gürcüstanın Türkiyədəki səfirliyi vətəndaşlara müraciət edir.

InterPress.ge xəbər verir ki, səfirlik tərəfindən yayılan bəyanatda deyilir:

"Gürcüstan vətəndaşlarının nəzərinə!

Türk tərəfinin qərarına əsasən, koronavirusun yayılmasının qarşısını almaq üçün, Türkiyəyə daxil olmaq və Türkiyədən keçmək istəyən səyahətçilər üçün hava və quru yolu ilə qaydalar dəyişdirildi:

30 dekabr 2020-ci il tarixindən etibarən Türkiyəyə daxil olmaq və Türkiyə ərazisindən keçmək istəyən səyahətçilər son 72 saat ərzində PISAR testinin mənfi sertifikatı təqdim etməlidirlər.

Mənfi PISAR test hesabatı təqdim etməyən şəxslərin uçuş yolu ilə ölkəyə girişinə icazə verilməyəcəkdir.

6 yaşından kiçik sərnişinlərdən belə bir sertifikat tələb olunmur.

Operativ rejimdə yeni qaydalar barədə səfirlik səhifəsindən məlumat veriləcəkdir!

Başqa suallarınız olarsa, qaynar xəttlə əlaqə saxlayın:

1. Gürcüstanın Ankara səfirliyinin qaynar xətti: +90 533 690 30 40; +90 539 220 82 80

2. Gürcüstanın İstanbuldakı Baş Konsulluğunun Qaynar Xətti: +90 541 818 44 00

3. Gürcüstanın Trabzondakı Baş Konsulluğunun Qaynar Xətti: +90 541 326 22 26 ", - deyə açıqlamada qeyd olunur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər