Qamğrelidze: "Ölkədəki mövcud məhdudiyyətlər yanvar ayının sonuna qədər davam edərsə, gündəlik yoluxma nisbəti azalacaq"
"Sağlamlıq Ölçmələri İnstitutunun tövsiyəsinə görə, ölkədəki mövcud məhdudiyyətlər yanvar ayının sonuna qədər davam edərsə, gündəlik yoluxma nisbəti azalacaq".
InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamğrelidze deyib.
Qamğrelidzenin dediyinə görə, əks halda, yanvar ayının sonuna qədər yeni koronavirus halları beş min ola bilər.
"Eyni zamanda, sizə Helsmetriya İnstitutu və ya Sağlamlıq Ölçmələri İnstitutu ilə birlikdə hazırlanan proqnozları xatırladıram, hansı ki, ölkədəki mövcud məhdudiyyətlərlə yanvar ayının sonuna kimi dəvam edəriksə, yanvarın sonu üçün gündəlik 1 571 yeni yoluxma olacaq. Bu sistemin miqdarı olacaq, tutduğu və tuta bilmədiyi olacaqdır. Tutacağı, 800-900 olacaq, tuta bilməyəcəyi 600-700. Ancaq məhdudiyyətləri qaldırsaq, bəlkə də yanvar ayının sonuna qədər rəqəmlər beş minə çatacaq.
Eyni zamanda, bu məhdudiyyətlərlə birlikdə maska istifadəsinə görə yüzdə 70 nisbətindəyik, bu da irəliyə doğru bir addımdır, ancaq bunun yüzdə 95 olmasını istəyirik. Yüzdə 95-ə qədər çıxsaq, yanvarın sonunda sistemin tuta bilməyəcəyi gündəlik nisbətimiz 728 arasında olacaq, ancaq tutacağı və aşkarlanacağı 400-500 arasında olacaq",- dedi Amiran Qamğrelidze.


