22 
Dek
2020
10:10
533

Qaxaria: "Gürcüstan bu çətin proseslərdə bitərəf mövqeyini qoruya bildi, çünki..."

"Hamımızın şahidi olduğumuz və Gürcüstanın bu çətin proseslərdə bitərəf mövqeyini qoruya bildiyimiz regional dəyişikliklər və regional inkişaf gələcək üçün böyük əhəmiyyət kəsb edəcəkdir".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş nazir vəzifəsini icra edən Qiorqi Qaxaria Gürcüstanın xaricdəki diplomatik nümayəndələrinin rəhbərlərinin illik iclasında deyib.

Onun sözlərinə görə, Cənubi Qafqazdakı mehriban qonşuluq münasibətləri ən başlıca prioritetdir və yalnız Gürcüstan dövlətinin təhlükəsizliyi üçün deyil, həm də ölkənin iqtisadi inkişafı üçün vacibdir.

Qiorqi Qaxaria bu istiqamətdə gördükləri işlərə görə diplomatlara təşəkkür edib.

“Burada hamımızın şahidi olduğumuz regional dəyişikliklərin və regional inkişafın gələcək üçün olacağı əhəmiyyəti vurğulandı. Əlbətdə burada diplomatiyaya təşəkkür etməliyik. Gürcüstan bu çətin proseslərdə bitərəf mövqeyini qoruya bildi, çünki bildiyiniz kimi Cənubi Qafqazdakı yaxşı qonşuluq münasibətləri ölkəmiz üçün bir nömrəli prioritetdir və yalnız Gürcüstan dövlətinin təhlükəsizliyi üçün deyil, həm də iqtisadi inkişaf üçün həyati əhəmiyyətə malikdir. Hər kəs bu bitərəfliyin ölkəmiz üçün nə dərəcədə əhəmiyyətli olduğunu anlamalıdır",- dedi Qiorqi Qaxaria.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər