Zaur Darğallı parlamentdə ilk çıxışında Marneulidəki problemləri gündəmə gətirdi
Marneuli-Qardabani majoritar deputatı Zaur Darğallı qanunverici orqanın komitə iclasında çıxış edib.
InterPress.ge xəbər verir ki, o, çıxışı zamanı Marneulidəki bir sıra problemləri gündəmə gətirib.
Z. Darğallı çıxışında yol, su və kənd ambulatoriyaları ilə bağlı olan problemlərdən danışıb.
“Hərkəsi salamlayıram. Mən, Marneulinin keçmiş meri olaraq, İnfrastruktur Nazirliyinə böyük əməyinə görə, regionlarda həyata keçirilən əhəmiyyətli proektlər üçün öz təşəkkürümü bildirirəm.
Bir neçə sualım olacaq, həmçinin Sozari bəyin reqpont fikri ilə razılaşıram, hansı ki infrastrukturun inkişafı baxımından bələdiyyələrdə çox vacibdir. Pandemiya zamanı kənd, ailə həkimlərinə daha çox yük gəlir, elementar infrastruktur şərtlərinin hazırlanması çox vacibdir. 2019-cu ildə bələdiyyələrdə ambulatoriyaların realibitasiyasına başlanıldı, ancaq 2020-də bu obyektiv səbəblərdən dayandırıldı. Demək istəyirəm ki, mənim ailə həkimləri ilə görüşlərim oldu, bu sahədə layihələrin həyata keçirilməsi çox vacibdir, çünki hələ də bəzi kəndlərdə ailə həkimlərinin öz işlərini davam etdirməsi üçün normal şərait mövcud deyil.
İkinci sualım yollarla bağlı olacaq. Marneuli və digər rayonlar üzrə yol infrastrukturu ilə bağlı demək olar ki, sona yaxınlaşırıq, bunlara mərkəzi yol istiqamətləri aiddir. Kəntlərdə bu problemlər həll oldu. Marneulidə əhəmiyyətli proektə başlandı, ancaq hal-hazırda işlər dayandırılıb. Bu Sadaxlı-Axkörpü yoludur. Bu işlərin nə vaxt dəvam etdiriləcəyi ilə maraqlanıram. Bu çox əhəmmiyyətlidir, çünki bunlar dağlıq kəntləridir və qış fəslində Marneuliyə və paytaxta gəlmələri baxımından çox problemlər yaranır.
Marneulidə suvarma baxımından çox əhəmiyyətli və tarixi proektlər həyata keçirilir. Marneulidə və böyük kəntlərdə suvarma baxımından problemlər həll olunacaq. Amma 2014-cü ildən, hələ tender və maliyyələşdirmə məsələləri var ikən, yol infrastruktur baxımından heç bir proekt həyata keçirilməyib. Bu şərtlərdə, yolların qazılmasına başlanılıb. Hazırda bu layihələr çərçivəsində yolların qazılması həm rayonda, həm də kəntlərdə əhali arasında böyük diskonfort yaradır. Bununla bağlı bir təklif irəli sürmək istəyirəm. Su təminatı və kanalizasiya layihələri ilə paralel olaraq yolların təkrar asfaltlanması həyata keçirilsin. Göründüyü qədəri ilə bu layihə hələ davam edəcək və bu layihənin həyata keçirildiyi ərazilərdə həmin hissələrin təkrar asfaltlanması həyata keçirilsin.
3-cü sualım kənt təsərrafatı ilə əlaqədar olacaq, ancaq Regional inkişafıda nəzərdə tutur. İriqasiya və meliorasiya istiqamətində bilirsiniz ki, region aqrar regiondur. Çox əhəmiyyətli proektlər həyata keçirildi. Bir çox kəndlərdə əhali ilə görüşlərimiz oldu, bəzi kəntlərdə hələ də bu problem qalmaqda davam edir. Bu problemi aradan qaldırmaq üçü nasos sistemlərinin quraşdırılmasını təklif edirəm. Bu əhalinin tələbidir.
Əgər meliorasiya həcmindən aslı olaraq bu proektdə iştirak edə bilməzsə, əhəmiyyətli proektlər həyata keçirə bilərikmi, hansı ki yerli özünüiadarəetmə və Regional inkişaf nazirliyi bunda iştirak edəcək. Bu vağzalların tikilməsi məsələsidir və mövzü çox kəntlərə şamil edilir, hansı ki, bu əhalinin xaişidir. Mərkəti yol və investisiya baxımından bu azalacaqsa, bu istiqamət nə qədər prioritetli ola bilər?
Bir sonrakı sualımda meliorasiya ilə əlaqəli olacaq, mən mer olduğum zaman, həmçinin nə vaxt ki, qubernator yardımçısı idim, həmişə eyni problemlər mövcud idi; bu problemlər bir çox böyük kəndlərə aitdir, yaxınlıqdaki yeni su kanalında tikilmiş yeni "SES" ( su elektrik stansiyası) , hansı ki, artıq müqavilə imzalanıb, 15 oktyabrdan 15 aprelədək "SES" kanal resurslarını istifadə edir. Bir çox böyük kəntlərdə çox problemlər olacaq, bu məsələ on minlərlə əhalini əhatə edir. Əhali qış fəslində sanitar normalardan istifadə edə bilmir. Bilirəm ki "SES"in işləməsi çox əhəmiyyətlidir, həmçinin kənd əhalisinin maraqları və kənd təsərrüfatı da çox vacibdir. Bu məsələni həll etməmiz çox əhəmiyyətli olar.
Natia xanıma da bir sual ünvanlandırmaq istəyirəm. Bildiyiniz kimi kənt təsərrüfatı üçün istifadə edilən torpaqların çox hissəsi dövlət mülkü olaraq qeydiyyat olunub. 30 ildən artıq əhalinin bu torpaqlardan istifadə edən şəxslər Əmlak İdarəsi Agentliynə müraciət etdikləri zaman hələ də bu torpaqların auksiyona çıxarılmalı olduğu ilə bağlı məlumat alırlar. Torpaqların qeydiyyatı ilə bağlı həll yolları düşünməyi təklif edirəm", - deyə Zaur Darğallı çıxışında qeyd edib.


