10 
Iyn
2026
23:51
32

Bojadze: Məni məhkəmə sisteminin düşməni kimi təqdim etməyin

“Avropalı Sosialistlər” partiyasının deputatı Vladimir Bojadze məhkəmə sistemi və hakimlə bağlı açıqlamalarının ətrafında “təəssüf doğuran spekulyasiyaların” yarandığını bildirib.

InterPress.ge xəbər verir ki, Bojadze InterPressNews-a deyib ki, o, konkret hakim barədə danışmayıb, sadəcə verilişdə səsləndirilən ad və soyadı şərti olaraq nümunə kimi qeyd edib.

Onun sözlərinə görə, bu gün həm hakimlər, həm də məhkəmə sistemi öz vəzifəsini yüksək səviyyədə yerinə yetirir, qanuna və Konstitusiyaya xidmət edir.

“Təəssüf ki, məhkəmə sistemi və konkret hakimlə bağlı açıqlamamın ardınca müxtəlif spekulyasiyalar yarandı. İlk növbədə vurğulamaq istəyirəm ki, mən konkret hakim barədə danışmamışam. Sadəcə, verilişdə səsləndirilən ad və soyadı şərti olaraq nümunə kimi qeyd etmişəm.

İkinci və ən vacib məqam isə odur ki, mən qeyd etmişəm: bu gün həm hakimlər, həm də məhkəmə sistemi öz missiyasını layiqincə yerinə yetirir, qanuna və Konstitusiyaya xidmət edir. Eyni zamanda, müxalifət nümayəndəsi kimi bildirmişəm ki, hakimiyyət elə müdafiə mexanizmi yaratmalıdır ki, hakimiyyət dəyişikliyindən sonra belə hakimlər və məhkəmə sistemi istənilən ehtimal olunan təsirdən qorunsun.

Bütün media vasitələrini mənim dediklərimi təhrif etməməyə, sözlərimin əksinə olaraq məni konkret hakimin və məhkəmə sisteminin düşməni kimi təqdim etməməyə çağırıram. Hər kəsi sözlərimi “Vahid Milli Hərəkat”ın mesajları ilə eyniləşdirməyə və onlardan öz siyasi gündəlikləri naminə istifadə etməyə çalışmamağa səsləyirəm.

Bu gün hakimiyyətin müxalifi olmağıma baxmayaraq, mənim maraqlarım və siyasi gündəliyimə “Vahid Milli Hərəkat” kimi ağa qara demək, mövcud olmayan “klan”dan danışmaq daxil deyil. Mənim demədiyim sözlərin radikal müxalifətin mesajları ilə süni şəkildə eyniləşdirilməsi qəbuledilməzdir”, – deyə Bojadze bildirib. :::

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər