Baş nazir Yeni illə bağlı vətəndaşlara müraciət etdi
"Mövcud epidemioloji vəziyyətə görə hər kəsin qocalara qayğı göstərməsi və dövlət, vətəndaşlar və müəssisələrin yeni ildə məsuliyyətli davranması vacibdir".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Baş Naziri vəzifəsini icra edən Qiorqi Qaxaria bildirib.
“Hamı başa düşməlidir ki, təəssüf ki, bu gün bir çox Avropa ölkəsində ölüm hallarından rekordlar qeydə alınır. Elə bir rekordlarki, hansı ki, II Dünya Müharibəsindən sonra olmayıb. Əsas vəzifəmiz yaşlılarımıza qayğı göstərməkdir, həm dövlət, həm vətəndaşlar, həm də müəssisələr yeni il ərəfəsində məsuliyyətlə hərəkət etməlidirlər.
Hamımız başa düşməliyik ki, bu məsuliyyəti nəzərə alaraq yeni ili bu il bir az fərqli qeyd etməliyik, yeni il tədbirlərimiz daha təvazökar, daha çox ailə çərçivəsi daxilində olmalıdır və əlbətdə ki, böyük məclislərdən, bəlkə də adi böyük yeni il şənliklərindən çəkinməliyik. Anlamalıyıq ki, bu il xüsusi bir ildir, çətinliklərlə və gələcək iqtisadi bərpa üçün yeni ili ilk növbədə necə qarşılayacağımız çox vacibdir",- dedi Qaxaria.


