28 
Avq
2026
11:03
175

2026-cı ilin ilk 6 ayında 255 sürücünün cərimə balları tam tükənib

2026-cı ilin yanvar-iyun aylarında Gürcüstanda 255 şəxsin sürücülük vəsiqəsinə verilmiş ballar tam tükənib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin açıqladığı statistik məlumatlardan məlum olur.

Məlumata görə, hesabat dövründə ümumilikdə 287 430 şəxsin sürücülük vəsiqəsindəki ballar azaldılıb.

Balların azaldılması və tam tükənməsi ilə bağlı ən çox hal Tbilisidə qeydə alınıb. Paytaxtda 108 sürücünün balları tam tükənib, 85 572 şəxsin isə balları azaldılıb.

Regionlar üzrə göstəricilər belədir:

  • İmereti – 30 599 nəfərin balı azalıb, 21 nəfərin balı tükənib;

  • Kvemo Kartli – 30 416 nəfərin balı azalıb, 43 nəfərin balı tükənib;

  • Acarıstan – 28 178 nəfərin balı azalıb, 19 nəfərin balı tükənib;

  • Sameqrelo-Zemo Svaneti – 22 003 nəfərin balı azalıb, 16 nəfərin balı tükənib;

  • Kaxeti – 21 653 nəfərin balı azalıb, 11 nəfərin balı tükənib;

  • Şida Kartli – 14 275 nəfərin balı azalıb, 13 nəfərin balı tükənib;

  • Samtsxe-Cavaxeti – 8 564 nəfərin balı azalıb, 1 nəfərin balı tükənib;

  • Quriya – 7 545 nəfərin balı azalıb, 5 nəfərin balı tükənib;

  • Msxeta-Mtianeti – 5 713 nəfərin balı azalıb, 6 nəfərin balı tükənib;

  • Abxaziya – 1 518 nəfərin balı azalıb, balları tükənən olmayıb;

  • Raça-Leçxumi və Aşağı Svaneti – 1 159 nəfərin balı azalıb, 1 nəfərin balı tükənib;

  • Digər – 30 235 nəfərin balı azalıb, 11 nəfərin balı tükənib.

Qeyd edək ki, ötən il Gürcüstanda ümumilikdə 560 şəxsin sürücülük vəsiqəsindəki ballar tam tükənib. 2024-cü ildə isə bu göstərici 186 nəfər olub.

Gürcüstanda sürücülük vəsiqəsinə hər il yanvarın 1-də 100 bal verilir. Müxtəlif yol hərəkəti qaydalarının pozulmasına görə sürücünün balansından müəyyən sayda bal çıxılır. Belə pozuntulara sürət həddinin aşılması, təhlükəsizlik kəmərindən istifadə edilməməsi, avtomobil idarə edərkən mobil telefondan istifadə və digər qayda pozuntuları daxildir.

Xatırladaq ki, Gürcüstan hökuməti 2026-2030-cu illər üzrə Yol Təhlükəsizliyi Milli Strategiyasını və 2026-2027-ci illər üzrə fəaliyyət planını təsdiqləyib.

Strategiyanın əsas istiqamətlərindən biri yollarda sürət həddinin aşılması hallarının azaldılmasıdır. Sənəddə nəzərdə tutulan tədbirlərdən birinə əsasən, hökumət videokameralar tərəfindən qeydə alınan sürət həddinin aşılması hallarında sürücülük vəsiqəsinə verilmiş balların azaldılması sisteminin tətbiqini planlaşdırır.

Bizimlə əlaqə saxlayın