11 
Dek
2020
16:32
878

Saakaşvili: "Parlamentə qanunsuz girənləri, vaxtında oradan çıxarmalıyıq"

"Parlamentə qanunsuz daxil olanların vaxtında oradan çıxarılması vacibdir".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili bildirib.

Saakaşvilinin dediyinə görə, hər şeyə birlikdə nail olmaq olar.

"Bu gün Tbilisidə baş verənlər böyük bir qələbədir. Gürcüstan xalqının böyük qələbəsidir. Heç kim bu qədər rüşvət, hədə-qorxu, bölünmə, dedi-qodu, çirkab və təbliğata baxmayaraq, bütün müxalifət qüvvələrinin eyni ideya ətrafında birləşəcəyinə inanmırdı. Bu səbəbdən həqiqətən bir möcüzədir, hər şey birlik sayəsində əldə edilə bilər, güc birlikdədir.

Müxalifətin parlamentə girməməsi çox vacib idi. Parlamentə qanunsuz yolla girən və gürcü xalqının iradəsini və seçkilərini oğurlayanların, vaxtında oradan çıxardılmalarının və Gürcüstanın qanuni bir hökumətə sahib olmasının, qanuni bir parlamentin və Gürcüstanın inkişafına və ölkəmizdəki ən pis böhranı həll etməyə davam edilməsi vacibdir",- dedi Saakaşvili.

Bizimlə əlaqə saxlayın