1 USD =
3.1701 GEL
1 EUR =
3.8523 GEL
1 TRY =
0.3781 GEL
100 RUB =
4.4253 GEL
1 AZN =
1.862 GEL
09 
Dek
2020
16:49
992

"Gizli sevgi ciddiyyəti"

Borçalının maraqlı adamlar:

Selmixan Əmircanov

"Gizli sevği ciddiyyəti" 

Həmişə hər dövrün özünəməxsus dəliqanlıları olub. "Atalar və oğullar" mübahisələri zamanla dəyişsə də hər dövrün öz libasını geyər. Biz övladlarmızla razılaşmırıq, valideynlərimiz bizlə razılaşmasa da hərçənt ki, babalarmızda öz dövrünün dəliqanlıları olublar. Danışacağım bu əhvalat da 83 yaşlı Qaçağan kənd ağsaqqalı Selmixan babanın danışdığı həyat hekayəsindən biridir.

Yeniyetmə yaşının dəlisovluğu onu qardaşı Kamil müəllimin işlədiyi Ağməmmədli məktəbində məzun etdi......bu başqa mövzu...keçək əsas məsələyə...

1957-ci ildə hərbi xidmətə gedib 1960-ci ildə qayıdıb Zaqatala KT texnikumunun baytarlıq fakultəsinə qəbul olundu. 3 il sonra məzun olaraq Təkəlli kəndində baytar həkim kimi işə başladı

Selmixan babanın danışdıqları:

-Artıq işləyirdim. Noolasıdır işim, gücüm,öz cibim....kənddə də adım-sanım pis deyildi.Gözdə olan oğlanlardan idim (gülümsəyir, sanki o illərə dönür) Evdən də deyirdilər, özüm də düşüürdüm ki, artıq evlənmək haqda fikirləşmək lazım gəlir. Kənd cayılı kimi fikrimdə gizlicə məhəllələri bir-bir nəzərdən keçirməyə başladım......hələki beynimə batan yox idi...Bir gün mamaoğlum Təmrazla Pəri-oğlular məhəlləsindən keçirdik, iki qız bulaqdan səhənglə su doldururdular. Qızlardan birinə gözüm sataşdı və anidən beynimdən keçdi:

-Mamaoğlu , o qoşahörüklü qız kimdir?

-İslamın qızı Sahibətdir- dedi

-Mən o qızı alacam dedim

Təmraz gülüb:

-Ayə, hələ 8 də oxuyur, uşaqdır- dedi

Mən heçnə demədim,amma fikrimdə qərar verdim. Bir-iki həftə nəzarətdə saxladım...fikrimi dəqiqləşdirdim. Qardaşım arvadı Çervonla məsləhətləşdim:

- Qağam Pərioğlulardan evlənsəm narazı qalmaz ki?

-Biyyy a qırışmal, yoxsa tapıbsan? Yox niyə ki....təki ürəyincə olsun-dedi. Kimdir?

-Hələ dəqiq deyil-dedim.

Bir neçə gün sonra götürüb qıza bir şanlı məktub yazdım.

-Heç yadınızdamı?

-Bəs nəə. Heç yadımdan çıxarmı? Yazdım ki, sənnən ətraflı maraqlanmışam. Xoşum gəlib. Fikrim ciddidir Evlənəcəm səninlə. Hələ yaşın azdır. Məktəbi bitir, son zəng günü qaçıracam səni. Qarşıdakı illərdə haqqımda nə eşitsən fikir vermə; kimlə getdim, kimlə gəldim,neylədim. Bilki əsas sənsən. Məktəbi bitir sahibin mənəm. Sözüm söz, kişi sözü! Söhbəti sən və məndən başqa kimsəı bilməyəcək!

Dogrudan da o üç ildə çoox şeylər oldu (gülür), amma ciddi fikrim o idi....eşitdiyimə görə deyirmiş gözlədiyim var....kimliyini demirmiş... məktubu da evin damında dəmir qutuda saxlayırmış...

kimsənin əlinə keçməsin deyə...biz arada məxfi yollarla məktublaşrdıq......amma bütün bunları ikimizdən başa kimsə blmirdi..

1965-ci ildə məktəbdə son zəng idi . Məktəbin musiqi müəllimi Hüseyn müəllim öz evinndə hər il şənlik təşkil edirdi.Bu da valideynləri qane edirdi. Mən məktub yazıb planımı dedim. Məclis qurtarana yaxın bizim məxfi qrup evə yaxınlaşacaq... 2-ci siqnal səsinə qız yola çıxıb maşına oturacaqdı...Dediyimiz saatda baxdım təsadüfən qızın qardaşı Fərhad arxadan xeyli aralı gəlir. Vicdanım qəbul etmədi o hörmətsizliyi...qardaşın gözü qabağında bacısınımı qaçırdacaqdım?!

... tez bir namə yenə yazıb səbəbi izah etdim...təzə plan haqqında məktub yolqırağı "qaradaşın altında" olacaqdı

---Vallah bircə rejissorunuz çatmırmış-səbrimi saxlaya bilməyib sözünü kəsdim

--(gülür)Mən həm rejissoru olmuşam , həm də yazarı..Həə pian belə idi axşam saat 10.00 da əmioğlum Əmicənli məhəlləsindən transformatordan işğıı 3 dəqiqəlik söndürəcəkdi. Bu zaman mən

Zaparojest ilə qızgilin yolqırağında dayanacaqdım. Yolda 2 maşın olacaqdı. Hansı maşında kibrit yansa ona yaxınlaş dedim.

Beləliklə, dediyimiz vaxt yaxınlaşdı, vədə çatdı..axşamüstü 4-5 cayıl ortalıq deyilən kənd mərkəzinə doğru yığıldlq. Planı müzakirə edirdik. Bizim ciddi söhbətimizə maraqla baxan kənd kişiləri içində qızın əmisi də vardır. Bir az da baməzə adam idi. Öz məssəvinnən güya mənə söz atdı:

-Əmibalası, xeyir ola nə xısınlaşırsız orda?

-Qız qaçrmağa hazırlaşırıq. Özü də sizinkilərdən aparacam dedim- mən də öz məssəvimlə güya zarafata zarafatla cavab verdim-kişilər gülüşdülər

Əmisi:

-Qurbandır-dedi. Əlbəttə o da sözgəlimi dedi.

Həə vaxt yaxınlaşanda biz iki istiqamətdə, iki maşınla məhəlləyə yaxınlaşdıq. Dediyimiz vaxtın tamamında əmioğlum işığı söndürdü. Xalx şam axtarb, çıraq tapana qədər qız spiçka yanan maşına

tətəf qaçdı İşıq yananda maşının biri Təkəlliyə, biz də Xatın xalamgilə tərəf yol aldıq. Əlbəttə qız qaçıran maşın kimi hamı Volqadan şübhələnəcək, Təkəlliyə tərəf axtarış edəcəkdilər, dana . Kimin ağlına gələrdi ki, Zapıyla qız qaçıracaqlar(gülür) İki gün heşkimin ağlına gəlmədi ki,qız kənddə qulaqlarnın dibindədir....

Elə ki, səs-küy düşüb "kim aparıb" deyəndə əmisi deyib ki, əvvala heç də pis iş olmayıb! İkincisi də cüvəllağı ortalığın ortasında zarafata salıb mənim xeyir-duamı alıb! Xoşbəxt olsunlar.

O gün bu gün xoşbəxt yaşadəq. Sahibət bir sözümü iki eləmədi. Mən də bir dəfə də ona əl qaldırmadım.

Selmixan bab və Sahibət nənə "qızıl toy"u da keçiblər. 4 övlad böyütdülər. Bu güb nəvə-nəticə sahibidilər. Elə cavanlıqdakı kimi səmimi, mehribandırlar. Yenə də söz sahibi Selmixan baba,

o sözü kəsərli edən də Sahibət nənədir! O ucalığı daim qorudu; daim "mətdədi", müqəddəsləşdirdi həyatının yoldaşını!

--Bu günə şükr deyək, sabahdan nə istəyirsiniz? -sualıma el ağsaqqalı özünəməxsus "yastı-yastı" çox böyük cavab verdi:

--Allahdan bir arzum var. Keşkə mən Sahibətdən qabaq öləm. Məni kimsəyə möhtac qoymasın. Kimsə mənim qayğımı onun kimi çəkənməz!!!-dedi

Qarşısında nitqim qurudu, gözlərim doldu. Bu böyük, ibrətamiz, həyatdan götrülmüş cümlə qarşısında sustum

-Danşdıqlarnızı olduğu kimi yazsam inciməzsiz?-dedim

-Yox əşşi.,yaz dedi,amma səsi titrədi. O titrəyiş 60 il öncəyə getdi. Yəqin ki, qıvraq, gənc, gümrah dövrünə...əl uzatmaq istədi...əlçatmazlığı ilə barışdı...və onsuz da bayaqdan yaşaran gözləri doldu.....

Bu səssiz danışığa dözməyib "şəkillərə baxım" deyə onun özünün dəhlizdə yaratdığı "foto-muzeyə" - böyük masanın üstündə, şüşənin altına yığdığı keçmişli bu günlü şəkillərə baxmaq üçün otaqdan çıxdım.

PS: Bu günümdən çox razı qaldım."Nayqara", zarafatcıl el ağsaqqalı, 83 yaşı olmasına rəğmən çox güclü yaddaşı, xronoloji səlistliyi məni valeh edir. Nəinki Qaçağan, hətta qonşu kəndləri belə tayfa-tayfa tanıyan bir canlı ensiklopeiyadır. Hər onunla danışanda " hələ nə qədər eşidiləsi mövzu var"- deyəda düşünürəm.

Müəllif: EsRa Borçalı ( Esmira Ələkbərli) 

 

 

Bizimlə əlaqə saxlayın