04 
Dek
2020
15:40
567

Avtomobillərdən oğurluq edən yeniyetmələr saxlanıldı

Daxili İşlər Nazirliyinin Imereti, Raca-Leçxumi və Kvemo Svaneti Polis Şöbəsinin Kutaisi şəhər Şöbəsinin əməkdaşları, iki azyaşlını - 2004-cü il təvəllüdlü Q.M. və 2003-cü il təvəllüdlü R.X.-nı əməliyyat-istintaq tədbirləri nəticəsində törətdiyi oğurluq hadisəsinə görə həbs ediblər.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.

Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, istintaq müəyyən edib ki, cari il dekabrın 1-də yetkinlik yaşına çatmayan azyaşlılar Kutaisi şəhərində İrakli Abaşidze prospektində dörd vətəndaşın avtomobillərdən kompüter avadanlıqları; planşet və şəxsi əşyaları oğurlayaraq hadisə yerindən qaçıblar.

İstintaq nəticəsində hüquq-mühafizə orqanları hadisədən sonra ikinci gündə hər iki azyaşlını saxlayıb. Polis oğurlanan əşyaların bir qismini sübut kimi götürüb.

Onlar günahlarını etiraf ediblər.

Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 3-cü hissəsinin A bəndinə əsasən ilkin razılaşma ilə qrup tərəfindən törədilən oğurluq hadisəsi ilə bağlı istintaq aparılır.

Cinayət ən çox dörd ildən yeddi ilədək həbs cəzası nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın