03 
Dek
2020
16:31
536

Xəstəxana qarət edənlər saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin İsani-Samqori Baş İdarəsinin əməkdaşları aparılan əməliyyat və istintaq tədbirləri nəticəsində keçmişdə müxtəlif cinayətlərdə təqsirləndirilən iki nəfəri - 1984-cü il təvəllüdlü V.N. Və 1973-cü il təvəllüdlü İ.C. soyğunçuluq ittihamı ilə həbs edib.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.

“İstintaq müəyyən edib ki, cari ilin 1 dekabrında TT sistemli tapança və ov tüfəngi ilə silahlanmış V.N.və İ.C Tbilisi Dəniz Xəstəxanasını qarət edib.

Təcavüzkarlar xəstəxana gözətçisi istiqamətində bir neçə dəfə atəş ediblər. Atəş nəticəsində xəstəxananın giriş qapısının şüşələri zərər görüb. Daha sonra binaya daxil olaraq qəbul şöbəsinin kassasından 3500 lari qanunsuz olaraq pul mənimsəyiblər və hadisə yerindən qaçıblar.

Güclü əməliyyat-istintaq tədbirləri nəticəsində hüquq-mühafizə orqanları hadisədən iki gün sonra cinayətkarları saxladı ”,-deyə Daxili İşlər Nazirliyindən bildirilib.

Gürcüstan Cinayət Məcəlləsinin dəstə soyğunçuluğunu nəzərdə tutan 179-cu maddəsinin 2-ci hissəsinin “B” yarımbəndinə əsasən istintaq aparılır.

Cinayət ən çox altı ildən doqquz ilədək həbs cəzası nəzərdə tutur.

Xatırladaq ki, Tbilisi Dəniz Xəstəxanası dekabrın 1-də gecə saatlarında qarət edildi.

Bizimlə əlaqə saxlayın