04 
Mar
2020
11:06
860

Türkiyə ordusunun hava zərbələri Suriya mövqelərini belə məhv etdi - VİDEO

Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Bahar qalxanı” əməliyyatı çərçivəsində Suriya ordusuna məxsus hədəflərin vurulmasına dair yeni görüntülər yayımlanıb.

Bu barədə InterPress.ge Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Əməliyyat çərçivəsində silahlı pilotsuz uçuş aparatları tərəfindən müəyyən edilən hədəflər bir-bir məhv edilir. Qurudan isə artilleriya dəstələri Suriya mövqelərinə zərbə endirərək əməliyyata dəstək verib.

Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı yeni görüntülərdə isə hava hücumu nəticəsində çox sayda Suriya hərbçisinin zərərsizləşdirildiyi, texnikanın məhv edildiyi əks olunub.

Bizimlə əlaqə saxlayın