05 
Nybr
2026
13:03
76

İrakli Kobaxidze: “Xarici təsirin şəffaflığı haqqında” qanunu kobud şəkildə ləğv etdirmək istəyirlər, bu, belə olmayacaq”

“Onlar kobud şəkildə bizim bu qanunu (“Xarici təsirin şəffaflığı haqqında” qanunu) ləğv etməyimizi istəyirlər. Bu, belə olmayacaq”.

InterPress.ge xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinskinin “Gürcüstan Avropa İttifaqına üzv olmaq istəyirsə, Amerika, Rusiya, Çin və ya başqa ölkələrin deyil, Avropa qanunlarını qəbul etməlidir” açıqlamasına belə cavab verib.

İrakli Kobaxidzenin sözlərinə görə, məhz şəffaflıq Avropa standartıdır.

“Görürsünüz ki, Avropanın bir sıra ölkələrində analoji qanunlar qəbul edilir. Söhbət xarici hökumətlər tərəfindən maliyyələşdirilən təşkilatların ildə bir dəfə müvafiq quruma bəyannamə təqdim etməsindən gedir. Bundan artıq heç nə tələb olunmur. Bununla bağlı müzakirəyə də girmək istəmirlər. Sadəcə, kobud şəkildə bu qanunu ləğv etməyimizi istəyirlər. Bu, belə olmayacaq.

Bu qanunun konkret təsiri və nəticəsi olub. Nəticə ondan ibarətdir ki, ölkəmizdə xarici agentura demək olar ki, tamamilə zərərsizləşdirilib. Onların xoşuna gəlməyən də budur – xarici agenturanın zərərsizləşdirilməsi”, – deyə İrakli Kobaxidze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər