09 
Sen
2026
20:37
102

Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası ilə bağlı razılığa gəlib

Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası prosesi ilə bağlı razılığa gəlib.

InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası prosesinin şimaldan cənuba doğru aparılması barədə razılığa gəlib. Proses Azərbaycan, Ermənistan və Gürcüstan sərhədlərinin kəsişdiyi nöqtədən başlayacaq.

Ceyhun Bayramov bildirib ki, son dövrlərdə iki ölkənin müvafiq komissiyaları bir sıra görüşlər keçirib, Azərbaycan və Ermənistanda komissiyaların fəaliyyətini tənzimləyən bir sıra sənədlər qəbul olunub.

“Ümumi sərhədimizin delimitasiyasının hansı istiqamətdə aparılacağı ilə bağlı razılıq əldə olunub. İşlərin şimaldan cənuba doğru, daha mürəkkəb olan şimal sərhədindən – Azərbaycan, Ermənistan və Gürcüstan sərhədlərinin kəsişdiyi nöqtədən başlayaraq aparılması ilə bağlı razılıq və qarşılıqlı anlaşma var”, - deyə Ceyhun Bayramov bildirib.

Bizimlə əlaqə saxlayın