26 
Avq
2026
12:30
64

Peşə təhsili müəssisələrinə qeydiyyat sentyabrın 21-dən başlayacaq

Gürcüstanda peşə təhsili müəssisələrinə qəbul üçün qeydiyyat sentyabrın 21-dən başlayacaq. Müsabiqədə milli imtahanların nəticələri ilə ali məktəblərə qəbul ola bilməyən, eləcə də müvafiq peşə proqramını seçmədiyi üçün peşə təhsili müəssisələrinə də düşməyən abituriyentlər də iştirak edə biləcəklər.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyindən məlumat verilib.

Nazirliyin məlumatına görə, V səviyyəli peşə proqramlarına qəbul üçün Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin (NAEC) testindən keçmək tələb olunacaq. III və IV səviyyəli proqramlara qəbul isə təhsil müəssisələrinin daxili seçim prosesi əsasında həyata keçiriləcək.

Nazirlikdən bildirilib ki, bu il vahid milli imtahanlar çərçivəsində abituriyentlərin yalnız bir fənn üzrə nəticə əsasında peşə proqramına qəbul olunmasına imkan yaradılmışdı. Lakin imtahanda tələb olunan baryeri keçməsinə baxmayaraq peşə proqramını seçməyən və nəticədə peşə təhsilindən kənarda qalan şəxslər sentyabrın 21-dən etibarən standart qəbul qaydaları əsasında yenidən qeydiyyatdan keçə biləcəklər.

Abituriyentlər qeydiyyatın başlanması ilə bağlı VET.GE platformasındakı elanları izləyə, uyğun proqramı seçərək qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, 2026-cı ildə vahid milli imtahanların nəticələri əsasında 3 141 abituriyent peşə təhsili proqramlarında təhsil almaq hüququ əldə edib. Onlardan 1 322 nəfəri dövlət, 1 819 nəfəri isə özəl peşə təhsili müəssisələrinə qəbul olunub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər