02 
Avq
2026
11:19
131

Ermənistan hökuməti istefa verdi 

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin istefası ilə bağlı sənədi imzalayıb. Bu addım ölkə Konstitusiyasının tələblərinə uyğun olaraq yeni seçilmiş parlamentin fəaliyyətə başlaması ilə əlaqədar atılıb.

InterPress.ge xəbər verir ki, Ermənistan KİV-lərinin yaydığı məlumata görə, Baş nazir Nikol Paşinyan hökumətin istefası haqqında bəyanatı imzalayıb. O bildirib ki, Ermənistan Respublikası Konstitusiyasının 158-ci maddəsinə əsasən, yeni seçilmiş Milli Assambleyanın ilk iclası günü hökumətin səlahiyyətləri başa çatır.

Məlumata əsasən, hökumətin istefası ilə bağlı sənəd Ermənistan Respublikasının Prezidentinə təqdim edilib.

Paşinyan qeyd edib ki, istefa vermiş hökumətin üzvləri yeni hökumət formalaşanadək öz vəzifələrini icra etməyə davam edəcəklər.

Baş nazirin sözlərinə görə, yeni seçilmiş Milli Assambleya fəaliyyətə başladıqdan dərhal sonra Ermənistan Prezidenti parlament çoxluğu tərəfindən irəli sürülən namizədi Baş nazir vəzifəsinə təyin edəcək.

Bizimlə əlaqə saxlayın