20 
Iyl
2026
10:28
177

Tramp: İranla müharibədə həlak olan amerikalı hərbçilərə görə dərin kədər hissi keçirirəm

ABŞ Prezidenti Donald Tramp İranla müharibə zamanı həlak olan amerikalı hərbçilərlə bağlı başsağlığı ifadə edib.

InterPress.ge xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

"Biz çox kədərlənirik. Lakin bu möhtəşəm insanlar, bu böyük vətənpərvərlər orada İranın nüvə silahına sahib olmaması üçün döyüşürlər", – deyə Tramp jurnalistlərə bildirib.

ABŞ prezidenti bu açıqlamanı ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) son məlumatından sonra verib. Məlumata görə, şənbə günü İraqın şimalında bir amerikalı hərbçi həlak olub, cümə günü isə İordaniyada həyata keçirilən hücumlar nəticəsində daha iki ABŞ hərbçisi ölüb.

Beləliklə, ABŞ, İsrail və İran arasında müharibənin başlanmasından bu yana həlak olan amerikalı hərbçilərin sayı 17 nəfərə çatıb.

Donald Tramp həmçinin bildirib ki, ABŞ İrana ciddi zərbələr endirib.

"İran çox ciddi zərər görüb. Hərbi baxımdan demək olar ki, hər şeyini itirib. Onların çox az resursu qalıb", – deyə Tramp bildirib və əlavə edib ki, ABŞ bu gün də İrana çox güclü zərbələr endirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər