Dmitri Medvedev Ayətullah Əli Xameneinin vida mərasimində Rusiyanı təmsil edəcək
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev İranın ali dini lideri Ayətullah Əli Xameneinin vida mərasimində Rusiyanı təmsil edəcək.
InterPress.ge xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Bəli. Vida mərasimində Dmitri Medvedev iştirak edəcək", – deyə Peskov bildirib.
Xatırladaq ki, Ayətullah Əli Xameneinin dəfn mərasimi 4–9 iyul tarixlərində keçiriləcək.
Rəsmi proqramına əsasən, cənazə əvvəlcə Tehran və Qum şəhərlərində keçiriləcək mərasimlərə aparılacaq, daha sonra İraqın dörd şəhərində vida mərasimləri təşkil olunacaq. Bundan sonra cənazə yenidən İrana qaytarılacaq və Məşhəd şəhərində dəfn ediləcək.
Rəsmi məlumata görə, ictimai vida mərasimi 4 iyul saat 06:00-da Tehrandakı İmam Xomeyni Müsəllasında başlayacaq və 5 iyul saat 20:00-dək davam edəcək. Dəfn namazı isə 5 iyul səhər saatlarında qılınacaq.
Tehran, Qum və İraqda keçiriləcək mərasimlərdən sonra Ayətullah Əli Xamenei 9 iyul tarixində Məşhəd şəhərində torpağa tapşırılacaq.


