07 
Iyn
2026
23:39
142

Ermənistan MSK elektron səsvermənin nəticələrini açıqlayıb

Ermənistan Mərkəzi Seçki Komissiyası parlament seçkilərində elektron səsvermənin ilkin nəticələrini dərc edib.

InterPress.ge xəbər verir ki, bu barədə “Armenpress” agentliyi məlumat yayıb.

Məlumata görə, elektron səsvermə hüququna malik olan 537 vətəndaşdan 410-u seçkilərdə iştirak edib.

Elektron səsvermə zamanı 22 bülleten etibarsız hesab olunub.

Nəticələri Mərkəzi Seçki Komissiyasının sədri Vahaqn Ovakimyan təqdim edib.

Açıqlanan nəticələrə əsasən, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası 330 səs toplayıb.

“Güclü Ermənistan” bloku və “Birliyin Qanadları” partiyası hər biri 13 səs qazanıb.

Onlardan sonra 8 səslə “Ermənistan” seçki bloku qərarlaşıb.

Elektron səsvermənin nəticələri ümumi seçki nəticələrinin yalnız bir hissəsini təşkil edir və yekun nəticələr bütün seçki məntəqələrindən daxil olan məlumatların hesablanmasından sonra açıqlanacaq.

Bizimlə əlaqə saxlayın