07 
Iyn
2026
09:45
178

Yerevanın sabiq meri Qaqik Beqlaryan saxlanılıb

Yerevanın keçmiş meri Qaqik Beqlaryan davam edən cinayət işi çərçivəsində saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə istinadən “Armenpress” nəşri məlumat yayıb.

Məlumata görə, Qaqik Beqlaryan vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulmasında ittiham olunur.

Beqlaryan 2009-2010-cu illərdə Yerevan meri vəzifəsində çalışıb, 2012-2016-cı illərdə isə Ermənistanın nəqliyyat və rabitə naziri olub.

Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Beqlaryanın barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edib. Hazırda iş üzrə əlavə təfərrüatlar açıqlanmır.

Qeyd edək ki, Ermənistanda bundan əvvəl də müxalif “Güclü Ermənistan” partiyasının altı üzvü saxlanılıb.

Xatırladaq ki, Ermənistanda bu gün parlament seçkiləri keçirilir.

Bizimlə əlaqə saxlayın