07 
Iyn
2026
09:42
127

Ermənistanda seçkilər ərəfəsində müxalifət partiyasının altı üzvü saxlanılıb

Ermənistanda parlament seçkilərinə bir gün qalmış müxalifətdəki “Güclü Ermənistan” partiyasının altı üzvü saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə erməni mediası Ermənistanın İstintaq Komitəsinə istinadən məlumat yayıb.

Qurumun açıqlamasına görə, saxlanılmalar cinayət işi çərçivəsində həyata keçirilib və bir neçə şəxsin maddi şəkildə təşviq edilməsi, eləcə də xüsusilə külli miqdarda vəsaitin leqallaşdırılması (çirkli pulların yuyulması) faktları ilə əlaqədardır.

İstintaq Komitəsi saxlanılan şəxslərlə bağlı araşdırmaların davam etdiyini bildirib.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri sabah, iyunun 7-də keçiriləcək. Seçkilərdə Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası ilə yanaşı, bir sıra müxalif siyasi qüvvələr də iştirak edir.

Bizimlə əlaqə saxlayın