Mariya Zaxarova: Ermənistanı yalnız vətəndaşları xilas edə bilər
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan vətəndaşlarını seçkilərdə ölkənin milli maraqlarını nəzərə alaraq qərar verməyə çağırıb.
InterPress.ge xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə danışıb.
Zaxarovanın sözlərinə görə, Ermənistanın gələcəyi ilə bağlı əsas qərar ölkə vətəndaşlarının əlindədir və onlar seçkilərdə öz dövlətlərinin maraqlarına uyğun seçim etməlidirlər.
“Ermənistanı onun vətəndaşları xilas etməlidir. Hazırda onların seçkilərdə öz ölkələrinin xeyrinə, milli maraqlarını rəhbər tutaraq seçim etmək üçün bütün imkanları var”, – deyə Zaxarova bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin qeyd edib ki, Rusiya heç vaxt erməni xalqının əleyhinə fəaliyyət göstərməyib.
“Rusiya hər zaman erməni xalqını dəstəkləyib, ona kömək edib və bəzi hallarda hətta xilas da edib. Lakin indi qərar Ermənistan vətəndaşlarından asılıdır”, – deyə Mariya Zaxarova vurğulayıb.


