20 
May
2026
10:01
121

Bloomberg: Rusiya rublu bu rübdə dollar qarşısında dünyanın ən güclü valyutası olub

Bloombergin yaydığı məlumata görə, Rusiya rublu 2026-cı ilin bu rübündə ABŞ dollarına nisbətdə dünyanın ən güclü valyutası olub.

InterPress.ge xəbər verir ki, məlumatda rublun sürətli möhkəmlənməsinin Yaxın Şərqdə müharibənin başlanmasından sonra neft satışlarından əldə edilən xarici valyuta gəlirlərinin kəskin artması ilə əlaqələndirildiyi bildirilir.

Məlumata əsasən, aprelin əvvəlindən etibarən rubl dollar qarşısında təxminən 12 faiz möhkəmlənərək 72,6 səviyyəsinə yüksəlib. Bu göstərici 2023-cü ilin fevral ayından bəri qeydə alınan ən yüksək məzənnə hesab olunur.

Bu gün isə Rusiya rublu dollar qarşısında daha da möhkəmlənərək 70 səviyyəsinə çatıb.

Bloomberg qeyd edir ki, rublun mövqeyinin güclənməsinə təsir edən əsas amillərdən biri də ABŞ administrasiyasının Rusiya neftinə tətbiq olunan sanksiyaların yumşaldılması siyasətini davam etdirməsidir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər