04 
May
2026
13:28
147

Paşinyan: Ümid edirəm ki, 2028-ci ildə Avropa Siyasi Birliyinin sammitində Azərbaycanda iştirak edəcəyəm

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, 2028-ci ildə Avropa Siyasi Birliyinin sammitində Azərbaycanda iştirak edəcəyinə ümid edir.

InterPress.ge xəbər verir ki, Paşinyan bu barədə Yerevan şəhərində keçirilən Avropa Siyasi Birliyinin sammitində çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, bu il Azərbaycan Prezidenti İlham Əliyev ilk dəfə olaraq, distant formatda olsa da, Ermənistanda keçirilən bu tədbirdə iştirak edir.

Paşinyan çıxışında Türkiyə ilə münasibətlərə də toxunub və qeyd edib ki, Türkiyə Prezidenti ilə ilk görüşü də məhz Avropa Siyasi Birliyinin Praqada keçirilən sammiti çərçivəsində baş tutub.

O əlavə edib ki, hazırda Yerevanda keçirilən sammitdə Türkiyənin vitse-prezidenti də iştirak edir və bu, onun Ermənistana ilk səfəridir.

Bizimlə əlaqə saxlayın