24 
Apr
2026
13:51
336

2025-ci ildə Gürcüstan vətəndaşlığı alanların sayı azalıb – ən çox Rusiya vətəndaşlarıdır

2025-ci ildə Gürcüstan vətəndaşlığı alan şəxslərin sayı əvvəlki illə müqayisədə azalıb.

InterPress.ge xəbər verir ki, Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, 2025-ci ildə 2 333 nəfərə Gürcüstan vətəndaşlığı verilib ki, bu da 2024-cü illə müqayisədə 1 254 nəfər azdır. Belə ki, 2024-cü ildə bu göstərici 3 587 nəfər təşkil edib.

Məlumata əsasən, 2025-ci ildə Gürcüstan vətəndaşlığı alanların əksəriyyəti Rusiya Federasiyası vətəndaşları olub. Ümumilikdə 1 393 nəfər, yəni təxminən 60 faiz bu kateqoriyaya daxildir.

Vətəndaşlıq alanların ölkələr üzrə bölgüsü belədir: Rusiya Federasiyası – 1 393 nəfər, Almaniya – 296 nəfər, Ukrayna – 114 nəfər, Ermənistan – 104 nəfər, ABŞ – 81 nəfər, İsrail – 71 nəfər, Türkiyə – 62 nəfər, Yunanıstan – 43 nəfər, Böyük Britaniya – 23 nəfər, digər ölkələr – 132 nəfər.

Statistika göstərir ki, son 11 il ərzində ümumilikdə 39 061 nəfər Gürcüstan vətəndaşlığı alıb.

İllər üzrə göstəricilər belədir: 2015-ci ildə 4 016 nəfər, 2016-cı ildə 4 879 nəfər, 2017-ci ildə 4 447 nəfər, 2018-ci ildə 4 019 nəfər, 2019-cu ildə 2 991 nəfər, 2020-ci ildə 2 324 nəfər, 2021-ci ildə 2 485 nəfər, 2022-ci ildə 4 869 nəfər, 2023-cü ildə 3 111 nəfər, 2024-cü ildə 3 587 nəfər, 2025-ci ildə isə 2 333 nəfər vətəndaşlıq alıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər