Ölkə ərazisində hava şəraiti ilə bağlı xəbərdarlıq!
Gürcüstan Milli Ətraf Mühit Agentliyi ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.
InterPress.ge xəbər verir ki, agentliyin məlumatına görə, sentyabrın 28-i günün sonundan oktyabrın 1-i səhər saatlarınadək Gürcüstanda fasilələrlə yağıntılı hava şəraiti gözlənilir. Yağıntıların Qərbi Gürcüstanın əksər ərazilərində, Şərqi Gürcüstanın dağlıq və yüksək dağlıq rayonlarında isə bəzi yerlərdə güclü olacağı proqnozlaşdırılır.
“Mümkündür ki, ildırım, dolu və küləyin güclənməsi müşahidə olunsun. Dənizdə 3-4 ballıq fırtınalı dalğalanma gözlənilir.
Güclü yağışlar nəticəsində çaylarda suyun səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsi, kiçik çaylarda daşqınlar, eləcə də təpəlik və dağlıq ərazilərdə sürüşmə və sel proseslərinin yaranması və aktivləşməsi mümkündür.
Təhlükə səviyyəsi orta qiymətləndirilir”, – deyə məlumatda bildirilib.


