İrakli Kobaxidze: “Gürcüstan və Azərbaycan hökumətləri arasında bütün məsələlər dostluq şəraitində müzakirə olunur”
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstan və Azərbaycan hökumətləri arasında bütün məsələlərin “dostluq şəraitində” müzakirə edildiyini bildirib.
InterPress.ge xəbər verir ki, Kobaxidze Azərbaycan ərazisində yerləşən Kürmük məbədi ilə bağlı Gürcüstan Patriarxlığının açıqlamasına Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi cavabla bağlı sualı cavablandırarkən, Gürcüstanın Azərbaycan hökuməti ilə münasibətlərində gərginliyin olmadığını deyib.
“Bizim heç bir gərginliyimiz yoxdur, Azərbaycan hökuməti ilə dostluq münasibətlərimiz var. Dostluqdan irəli gələrək bütün məsələləri çox asanlıqla müzakirə edə bilərik. Gürcüstan və Azərbaycan hökumətləri arasında bütün məsələlər məhz belə, dostluq şəraitində müzakirə olunur”, – deyə Baş nazir bildirib.


