22 
Dek
2025
12:54
707

Moskvada partlayış: general-leytenant Fanil Sarvarov ölüb

Rusiyanın paytaxtı Moskvada baş verən partlayış nəticəsində general-leytenant Fanil Sarvarov həlak olub.

InterPress.ge xəbər verir ki, məlumatı Rusiya İstintaq Komitəsinin mətbuat katibi Svetlana Petrenkoya istinadla Rusiya KİV-ləri yayıb.

Açıqlamada bildirilir ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Operativ Hazırlıq Departamentinin rəhbəri olan general-leytenant Sarvarov aldığı ağır xəsarətlər nəticəsində həyatını itirib.

Hadisə bu gün səhər saatlarında qeydə alınıb. İstintaqın ilkin məlumatına görə, hərbçi avtomobilinin altına yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində ölüb.

Rusiya mediasının yazdığına görə, versiyalardan birinə əsasən, insidentdə Ukrayna xüsusi xidmət orqanlarının mümkün iştirakı da nəzərdən keçirilir. Faktla bağlı araşdırma davam etdirilir.

Bizimlə əlaqə saxlayın