08 
Dek
2025
10:23
200

Avropanın antikorrupsiya araşdırma mərkəzinin hesabatı: Deyolqarxizasiya üzrə Gürcüstan Avropanın ən yaxşı üçlüyündədir

Avropanın Antikorrupsiya və Dövlət Quruculuğu Araşdırmaları Mərkəzi Avropa ölkələrində korrupsiya risklərinin səbəbləri və tendensiyalarına dair geniş hesabat dərc edib.

InterPress.ge xəbər verir ki, tədqiqat Avropa İttifaqının sifarişi ilə, Avropa Komissiyasının araşdırma və innovasiya proqramı çərçivəsində hazırlanıb və Aİ üzvü və namizəd olmaqla 41 ölkəni əhatə edir.

Hesabatda müxtəlif mövzularla yanaşı, Avropa ölkələrində oliqarxik meyillər də təhlil olunub və Gürcüstana xüsusi diqqət ayrılıb. Araşdırmanın müəlliflərinin qiymətləndirməsinə görə, oliqarxik risklər baxımından Gürcüstan İsveçrə, Kipr, Macarıstan kimi ölkələrdən geri qalsa da (səh. 41), real çoxfaktorlu məlumatların təhlili göstərir ki, dooliqarxizasiya prosesinin uzunmüddətli yaxşılaşmasına görə Gürcüstan Avropanın ən yaxşı üç ölkəsi arasında qərarlaşıb (səh. 42 və 89).

Tədqiqatçılar Aİ-nin maliyyələşdirməsi ilə iki əsas indikator hazırlayıblar:

  • Oliqarxizasiya tendensiyasının baza indeksi (səh. 42)

  • Oliqarxizasiya dəyişikliklərinin korreksiya olunmuş indeksi (səh. 89)

Baza indeksi 2012-ci ildən sonra baş verən dəyişiklikləri 10 illik dövr üzrə ölçür və milli sərvətin formalaşmasında əhalinin ən varlı 1%-nin rolundakı dəyişiklikləri qiymətləndirir. Bu göstəriciyə əsasən, Gürcüstan 2012-ci ildən bəri deyolqarxizasiya üzrə Avropada üçüncü yeri tutur – İrlandiya və Niderlanddan sonra (səh. 42).

Araşdırmanın nəticələrinə görə:

  • 41 ölkədən yalnız 15-də baza göstərici yaxşılaşıb.

  • Digər ölkələrdə oliqarxiyanın dərinləşməsi qeydə alınıb.

  • Oliqarxizasiya baza indeksi Aİ və Şengen zonasının 20 ölkəsində pisləşib. Bu ölkələr sırasına Fransa, Almaniya, Finlandiya, İsveçrə, İsveç, Danimarka, Avstriya, İspaniya, Estoniya, Latviya, Çexiya, Polşa, Malta, Slovakiya, Xorvatiya, Macarıstan, Rumıniya, Bolqarıstan və Yunanıstan daxil olub.

Daha dərinə gedən çoxfaktorlu analizin nəticəsində tənzimlənmiş (korreksiya olunmuş) indeks hazırlanıb (səh. 88–89). Bu indeks:

  • 2013–2023-cü illərdə iqtisadi rifahın dəyişmə tendensiyasını,

  • sərvət bərabərsizliyinin artıb-azalmasını xüsusi formula ilə qiymətləndirir.

Bu göstəriciyə görə Gürcüstan deyolqarxizasiya üzrə Avropada ikinci yerdədir, yalnız İrlandiya onu qabaqlayır.

Eyni zamanda, oliqarxizasiya dəyişikliklərinin bu tənzimlənmiş göstəricisi 41 ölkədən 17-də pisləşib.

Hesabat Avropa Komissiyasının proqramı çərçivəsində “Antikorrupsiya siyasətində sübutlar, tənzimləmə və təsir arasında boşluğun aradan qaldırılması” adlı layihənin bir hissəsi olaraq Avropa Analiz və Siyasət İnstitutunun iştirakı ilə hazırlanıb.

Hesabat Gürcüstanın deyolqarxizasiya sahəsində uzunmüddətli irəliləyiş göstərən ən qabaqcıl Avropa ölkələrindən biri olduğunu vurğulayır.

Bizimlə əlaqə saxlayın