Azərbaycan Mərkəzi Asiya dövlət başçılarının Konsultativ Görüşünün tamhüquqlu üzvü oldu
Azərbaycan Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının Konsultativ Görüşünə tamhüquqlu üzv kimi qəbul edilib.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Azərbaycan mediası yayıb.
Qərar Mərkəzi Asiya dövlət başçılarının 7-ci Konsultativ Görüşü zamanı qəbul edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin sözlərinə görə, Azərbaycanın bu formata qoşulması geniş coğrafi məkan üzrə əməkdaşlığın və qarşılıqlı münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcək.
“Təşəkkürümü bildirirəm hörmətli həmkarlarıma Azərbaycanın Mərkəzi Asiya dövlətlərinin əməkdaşlıq formatına qəbul olunması ilə bağlı qəbul etdikləri qərara görə. Bu qərar bir daha münasibətlərimizin dostluq və qardaşlıq xarakterini təsdiqləyir və əməkdaşlığın böyük coğrafiyada möhkəmlənməsinə töhfə verəcək,” – deyə Prezident İlham Əliyev Daşkənddə keçirilən Mərkəzi Asiya dövlət başçılarının 7-ci Konsultativ Görüşündə bildirib.


